“Bu cür sənətkarların dava etməsi ayıbdır” – Rəqsanə

“Bu cür sənətkarların dava etməsi ayıbdır” –  Rəqsanə
1674 dəfə oxunub
  • A-
  • A
  • A+

Bir müddətdir Bakıda olan müğənni Rəqsanə şou-biznesdəki qalmaqallardan danışıb.

O, Axşam.az saytına açıqlamasında sənətkarların davasını pisləyib:

“Uzun müddətdir Azərbaycan şou-biznesində yoxam. Ən pis vaxtda, qalmaqalların gündəmdə olduğu ərəfədə geri qayıtdım. İndi deyirəm  nə yaxşı ki, bu hadisələrdən uzaqlaşmışam.

Düzdür, mən də çox söz-söhbətin içində olmuşam. Amma hər zaman kiminsə tərəfindən bu davanın içinə sürüklənmişəm və sözümü də sona kimi demişəm.

Biri var, yeniyetmə müğənni durub dava etsin, onları heç kim qınamaz. Sənətkar dediyimiz insanların bu cür qalmaqal etməsi ayıb bir haldır. Axı, bu gün sənətə yeni gələn gənclər onlardan örnək götürməlidirlər. Belə olduğu halda kimi örnək seçmək olar? Bu işlə bağlı bir şey düşünülməli, qərar verilməlidir. Mehriban olmaq lazımdır, bu cür davam etməz”.

Bu gün səhər saatlarında İstanbula yola düşən Rəqsanə ayın 20-də yenidən qayıdacaq:

“Budəfəki səfər zamanı heç dincələ bilmədim. Konsertlə, qızım Aysunun moda nümayişi ilə bağlı görüşlərdə oldum. Bir çox mahnılarımı aranjiman etdirdim. İndi geri qayıdıram, İstanbulda yeni albomumla bağlı işlər görməliyəm. Bu ayın 20-də yenidən Bakıya qayıdacağam”.