“Xumardan xoşagəlməz hərəkət görsəm…” - Röya

“Xumardan xoşagəlməz hərəkət görsəm…” -  Röya
2987 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Röya həmkarı Xumar Qədimovanın ünvanına tərif yağdırıb.

Axşam.az-ın məlumatına görə, ifaçı “Onlar” verilişinə açıqlamasında Xumarın onun üçün mahnı yazdığını deyib.

“Bu bəstəni Xumarın ədasıyla oxuya bilmərəm. Onu çox istəyirəm, bunu mənim ətrafımda hamı bilir. Xumarın qürurlu olmasını, əsəblərinə hörmət etməsini bəyənirəm. Mən də belə insanları sevirəm. Xumar xanım kiminləsə münasibət qurur, görür ki, ona uyğun deyil, aralanır. Qalmaqalla arası yoxdur”.

Röya küsəyən olduğunu etiraf edib:

“Mən də Xumar xanım kimi küsəyənəm. Əgər ondan özümə qarşı nəsə xoşagəlməz hərəkət görsəm, üz çevirərəm. Bizim işbirliyimizdə qarşılıqlı hörmət var. Mən kinli insanam,  pisliyi illər keçsə də, unutmaram. Küsdüyüm insan üçün darıxmıram, onu tez unuduram. Kiminsə arxasınca danışmaq, güdmək mənlik deyil. Halbuki, başqaları mənə qarşı eyni hərəkəti edir. Mən heç kimin sözü ilə oturub-durmuram. Özümüm qanunlarım var”.