Qənirə Paşayevaya ağır itki

Qənirə Paşayevaya ağır itki
3981 dəfə oxunub
  • A-
  • A
  • A+

Millət vəkili Qənirə Paşayevaya ağır itki üz verib. Deputatın əmisi Nikolay Paşayev qəflətən vəfat edib.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, bu barədə Qənirə Paşayevanın  “Facebook” səhifəsində məlumat verilib.

"Əziz dostlar! Millət vəkili Qənirə Paşayevanın bu gün qəfildən dünyasını dəyişən, rəhmətə gedən əmisi ilə bağlı bütün başsağlığı göndərən dostlara təşəkkür edirik! Allah rəhmət etsin, əzizlərinə səbr versin! Qənirə xanımla telefonla əlaqə saxlaya bilməyən bəzi dostlar "Facebook" ismarış qutusuna narahat olduqlarını yazıblar. Qeyd edək ki, cənazə dəfn olunmaq üçün bir az əvvəl Tovuzdakı ailə qəbirstanlığına aparıldığından Qənirə xanım və ailənin digər üzvləri də Tovuza dəfn mərasiminə iştirak etməyə getdilər. Özü mütləq uyğun bir zamanda zəng və ismarışlarınıza cavab verəcək".