Nadir “Maral”dan sonra bu mahnını oxudu

Nadir “Maral”dan sonra bu mahnını oxudu
3137 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nadir Qafarzadə bu gün Türkiyəyə istirahətə yola düşüb.

Axşam.az-a açıqlama verən sənətçi bildirib ki, qardaş ölkəyə tək getmir:

“Xeyli müddətdir ki, yorğun idim. Şou-biznesdən, səs-küydən kənara çəkilib bir az dincəlmək istədim. Mənim üçün istirahətin ən gözəli yalnız ailəmlə, yaxınlarımla birgə olmaqdır. Ailəm və qaynatamı, qaynanamı götürüb Türkiyəyə yola düşəcəm. İstanbulda 31-ci mərtəbədən evim olduğunu bir çoxları bilir. İstirahəti orada edəcəm”.

Müğənni “Sən mələksən” adlı yeni mahnısından danışıb:

 “İfa etdiyim “Maral” mahnısından sonra sözləri şair İkrama, musiqisi Muğbil Əzimova məxsus olan “Sən mələksən”ni yazdırdım. Bunun da seviləcəyinə inanıram. İndi hansı el məclisinə gedirəm bir çox insanlar “Maral” dan danışır. Dinləyicilərimin yaradıcılığıma olan diqqəti məni sevindirməyə bilməz”.