“Təyyarə almaq istəyirəm”

“Təyyarə almaq istəyirəm”
1233 dəfə oxunub
  • A-
  • A
  • A+

Bodrum istirahətindən yenicə qayıdan xalq artisti Səməd Səmədov yaxta alması haqda yayılan xəbərə münasibət bildirib.

O, Axşam.az saytına açıqlamasında məlumatı təkzib edib.

“Yalandan xəbər yaydılar ki, yaxta almışam. O mənim dostumun yaxtasıdır, qiyməti isə 1 milyon manatdır. Bizdə bu cür şeylərə qəribə yanaşırlar. Dünya ulduzlarının neçə dənə “Bentley” avtomobili, yaxtası, hətta təyyarəsi var. Niyə də mənim olmasın? İmkanım olsa, təyyarə almaq istəyirəm. Amma bizə toylarda o qədər pul vermirlər. Mən şahidi olmuşam ki, Azərbaycan toyunda İbrahim Tatlısəsə 200 min, Filip Kirkorova 100 min, Araşa 70 min avro veriblər. Bizə isə 20 min dollar ödəyirlər. Bununla biz heç nə edə bilmərik”.

Səməd Səmədov bildirib ki, qazancından xeyriyyə işlərinə də xərcləyir.

O, Fatmayi kəndində tikilən məscid üçün yardım etdiyini deyib:

“Məscidi mən tikdirməmişəm. Sadəcə onun tikilməsi üçün bir miqdar pul vermişəm. Bunu danışmağı xoşlamıram. Burada tək mənim yox, bütün insanların zəhməti var”.