"Merilin Monro, Sofi Loren kimdir mənim qarşımda?" - xalq artisti

"Merilin Monro, Sofi Loren kimdir mənim qarşımda?" -  xalq artisti
1122 dəfə oxunub
  • A-
  • A
  • A+
“Mənə dəstək olsaydı indi Hollivudda ən birinci ulduz idim. Sofi Loren, Bricid Bardo, Merilin Monro, Elizabet Teylor kim idi mənim qarşımda?”.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Nisə Qasımova “Mənim dünyam” verilişində deyib. O, gənc yaşlarında sənətdə onun ayağının altını qazdıqlarını bildirib:

“Bu sözləri səmimi deyirəm. Mənə dəstək olsaydı Hollivudda 20-28 yaşlı qızın rolunu oynayardım. Hətta kaskadyor olardım. Mənə bu sənətdə heç kim dəstək olmayıb. Əksinə vurdular, yıxdılar dayandım. Sən demə, əksinə olarmış. İnsan tənqid atəşinə tutular da, döyülər də, amma əyilməz. Əksinə çalışıb, irəli gedər. İndi peşmanam. Niyə mən 25 yaşımda deyəcəyim sözü indi söyləyirəm? Niyə 30 yaşımda oxuyacağım mahnını indi səsləndirirəm?".