Leyla Əliyevaya ad günündə hədiyyə (Foto)

Leyla Əliyevaya ad günündə hədiyyə  (Foto)
5550 dəfə oxunub
  • A-
  • A
  • A+
Prezident İlham Əliyevin böyük qızı Leyla Əliyevanın doğum günündə ona özəl hədiyyə hazırlanıb.

Axşam.az-ın “Qafqazinfo”ya istinadən məlumatına görə, Leyla Əliyevanın iyulun 3-də keçirdiyi doğum günündə onun şərəfinə bənzəri olan kukla hazırlanıb. Bu barədə onlara məxsus olan “Facebook” səhifəsində məlumat paylaşılıb.

Qeyd edək ki, Leyla Əliyeva 1986-cı il iyulun 3-də Moskvada anadan olub. O, Heydər Əliyev Fondunun vitse-prezidenti, "Baku" jurnalının baş redaktoru, Rusiya Azərbaycanlı Gənclər Təşkilatının (RAGT) sədridir. Leyla Əliyeva ailəlidir. O, 2006-cı ildə məşhur iş adamı Araz Ağalarovun oğlu, müğənni Emin Ağalarovla ailə həyatı qurub. Onların Mikayıl və Əli adlı əkiz övladları var.