Sabah hava yağmursuz olacaq

Sabah hava yağmursuz olacaq
530 dəfə oxunub
  • A-
  • A
  • A+
Sabah Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu, əsasən yağmursuz keçəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, dekabrın 19-da Bakıda və Abşeron yarımadasında mülayim şimal-qərb küləyi əsəcək, gündüz arabir güclənəcək. Havanın temperaturu Abşeron yarımadasında gecə 1-4, gündüz 8-12 dərəcə, Bakıda 1-3, gündüz 10-12 dərəcə isti olacaq.

Sabah Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 2-7 dərəcə isti olacaq.

Tibbi-metereoloji proqnoza əsasən, dekabrın 21-dək Abşeron yarımadasında metereoloji amillərin normal sutkalıq gedişi meteohəssas insalnar üçün əsasən əlverişlidir.