"Həyat yoldaşım filmlərdə çəkilməyimi istəmirdi"

"Həyat yoldaşım filmlərdə çəkilməyimi istəmirdi"
2676 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist Ruhəngiz Musəvi hazırda filmlərdə çəkilməməyinin səbəblərindən danışıb.

Axşam.az-ın məlumatına görə, aktrisa bu haqda milli.az-a söhbətində bildirib:
 
"O vaxt hər insanı filmə çəkmirdilər. Filmə ilk dəfə çəkiləndə mən heç tanınmış müğənni deyildim. Sonradan Həsən Seyidbəyli məni "Nəsimi" filmində Şəms roluna dəvət edəndə Rəşid Behbudov icazə vermədi. Çünki mən Mahnı Teatrının solisti idim. O mənim qarşımda şərt qoyub dedi ki, ya filmə çəkil, ya da müğənni ol. Mən müğənniliyi seçdim.

"Baladadaşın məhəbbəti" filminə çəkiləndə ailəli deyildim. Ailə həyatı qurandan sonra məni kinostudiyadan tez-tez filmlərə dəvət edirdilər. Hər dəfə məni filmə dəvət gələndə evdə mübahisə gedirdi. Çünki həyat yoldaşım filmlərdə çəkilməyimi istəmirdi. Leyla Bədirbəyli mənə deyirdi ki, qızım, rejissor olsaydım, səni ancaq filmlərə çəkərdim. Mən heç bundan sonra çəkilməsəm də, "Baladadaşın məhəbbəti" filmi həmişə sevilib və seviləcək".