Azərbaycanlı jurnalist vəfat etdi

Azərbaycanlı jurnalist vəfat etdi
6943 dəfə oxunub
  • A-
  • A
  • A+

ANS telekanalının Xəbərlər xidmətinin baş redaktoru Murad Hüseynovun həyat yoldaşı, uzun müddətdir leykoz xəstəliyindən əziyyət çəkən jurnalist Gülər Məmmədova dünyasını dəyişib.

Axşam.az xəbər verir ki, bu barədə jurnalistin həyat yoldaşı Murad Hüseynov "Facebook" səhifəsində məlumat yayıb:
 
“Gülüm soldu... Günəşim qürub etdi... Allah rəhmət eləsin. Haqqınızı Gülərimə halal edin. Dəfn bu gün Qubada olacaq”.

Qeyd edək ki, G.Məmmədova müalicə almaq üçün yenidən Türkiyəyə aparılmışdı. Lakin bu dəfə müalicə nəticə verməmiş və onun vəziyyəti ağırlaşmışdı. Onun Osman və Ayan adında iki azyaşlı övladı var.

Allah rəhmət eləsin!