"Onlardan üzr istəməyəcəm"

"Onlardan üzr istəməyəcəm"
2209 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Vasif Məhərrəmli özünü “A kateqoriyalı” ifaçı adlandırıb.

Axşam.az-ın məlumatına görə, sənətçi “Star life” verilişində heç kimdən çəkinmədiyini bildirib:

“Sənətimlə, oxuduğum mahnılarıma, musiqiyə verdiyim dəyərə görə özümü bu kateqoriyaya aid edirəm. Çox təəssüf ki, bu sənətdə “B, C” kateqoriyalı ifaçılar da var. Mən bəylə plov yemirəm ki, bığım yağa batar. Sözü dik deyirəm. Özü də dediyimin arxasındayam. Heç kimin qarşısında əyilən adam deyiləm”.

V.Məhərrəmli həmkarı Nazim və Samir Piriyevlə aralarındakı qalmaqaldan da danışıb. Sənətçi “Nazim oxuya bilmir. Samir Piriyev kimdir?” ifadələrinə görə onlardan üzr istəməyəcəyini söyləyib:

“Boş-boşuna söz demirəm. Quyruğumu tapdalamasınlar nəsə deməyim. Onu təhqir üçün deməmişəm. O mənim kiçiyimdir. Özü də bunu təsdiqləyər. Bir cəhətim var: Sözü desəm, bir hərəkəti icra etsəm, üzr istəməyəcəm. Nazim bundan sonra nə danışsa, cavab verməyəcəm. Bunla da bitdi. Bir müğənni məşhur olur, toya getmirsə, hamı onu çox istəyəcək. Toya gedənə isə hamı düşmən olacaq. Mən də o kateqoriyadanam. Allaha şükür ki, yetərincə toyum var”.