İraqda 43 ildə ilk dəfə "İlin gözəli" seçilib

İraqda 43 ildə ilk dəfə "İlin gözəli" seçilib
2576 dəfə oxunub
  • A-
  • A
  • A+

İraqda 43 ildə ilk dəfə olaraq gözəllik müsabiqəsi keçirilib.

Axşam.az-ın APA-ya istinadən verdiyi məlumata görə, müsabiqənin nəticələrinə əsasən, 20 yaşlı Şalma Əbdülrəhman İraq gözəli seçilib. İraq “Kainat gözəli -2017” müsabiqəsində təmsil olmaq niyyətindədir və bu səbəbdən müsabiqə beynəlxalq meyarlara maksimal səviyyədə uyğunlaşdırılıb.

 Lakin, buna baxmayaraq, iştirakçıların səhnəyə çimərlik geyimində çıxışı yarışmanın proqramına daxil edilməyib.

 “Mən İraqın irəliyə doğru getməsinə çox şadam”, deyə müsabiqənin qalibi sevincini bölüşüb. Təşkilatçılar müsabiqəni oktyabrda keçirməyi planlaşdırıblar, lakin iştirakçıların ünvanına gələn təhdidlər səbəbindən tədbir təxirə salınmışdı.

 Qeyd edək ki, bundan əvvəl “İraq gözəli” müsabiqəsi sonuncu dəfə 1972-ci ildə keçirilib. O zaman müsabiqənin qalibi Vicdan Burhan əd-Din Süleyman seçilmişdir.