Bakı mağazalarında satış dayandı - fotolar

Bakı mağazalarında satış dayandı - fotolar
3943 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda dolların məzənnəsinin qalxması ilə mağazaların əksəriyyəti bağlanıb.

Axşam.az-ın musavat.com-a istinadən məlumatına görə, əsasən elektron malların satıldığı mağazalar, apteklər fəaliyyətini dayandırıb. Kiçik mağazalar, köşklər belə işləmir.

Qeyd edək ki bugünkü məzənnəyə əsasən, 1 dollar 1.5500 manat, avro isə 1,6850 manat təşkil edir.

Xatırladaq ki, fevralın 21-dən Mərkəzi Bankın yeni qərarı ilə dolların məzənnəsi 1,05 manat olub, avronun məzənnəsi isə 1,1950 təşkil edirdi.