Müğənni Elvin Abdullayev oğlu Tuncayla kamera qarşısına keçib.
Axşam.az-ın məlumatına görə, sənətçi “Onlar”a açıqlamasında özünü mükəmməl ata adlandırıb:
"Ailə ilə gündəmə gəlmək istəmirəm. Amma hər bir insan uşağı böyüdükcə fotosessiya etdirir. Kim görür deyir, sənə oxşayır, “balaca Elvin”. Mən mükəmməl atalar siyahısındayam. Atalıq vəzifəsində özümlə fəxr edirəm. Xasiyyəti hələ tam özünü büruzə vermir. Amma səs-küylüdür, anasına oxşayır. Musiqiyə həvəs göstərir. Amma istəməzdim ki, övladım bu sənətə gəlsin”.
Yaradıcılığından danışan sənətçi solo konsertə hazırlaşdığını bildirib.