Tələbələri Ramiz Əzizbəylini kövrəltdi - video

Tələbələri Ramiz Əzizbəylini kövrəltdi -  video
2728 dəfə oxunub
  • A-
  • A
  • A+
Tələbələri və “Onlar” verilişinin müxbiri xalq artisti Ramiz Əzizbəylinin evində qonaq olub.

Axşam.az-ın məlumatına görə, bir müddətdir səhhətində problem olan aktyor onu yada salanlara təşəkkür edib:

“Ancaq dilimdən “minnətdaram” kəlməsi çıxacaq. Gələnim çoxdur. Yoruluram, amma xoşdur. Məni çox danışdırmayın, xəstəyəm. Kövrəldim, gözüm yaşardı. Amma möhkəm adamam, xəstəliklə mübarizə aparıram”.

Qeyd edək ki, R. Əzizbəyli fevralın 21-də yaşadığı binanın qarşısında keçirdiyi avtomobil qəzasından sonra beyin insultu diaqnozu ilə Azərbaycan Tibb Universitetinin Tədris-Terapevtik Klinikasına yerləşdirilmişdi. Daha sonra müalicəsini Mərkəzi Gömrük Hospitalında davam etdirirdi.