Tanınmış model "Səs Azərbaycan"a qatıldı - video

Tanınmış model "Səs Azərbaycan"a qatıldı -  video
6743 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Banu Şücai “Səs Azərbaycan” yarışmasına qatılıb.

model.axşam.az-ın məlumatına görə, o, “Love the way you lie” mahnısını oxuyub.

Münsiflərdən yalnız xalq artisti Mübariz Tağıyev modelin ifasını bəyənərək dönüb.

Yarışmanın münsif kürsüsündə M.Tağıyevlə yanaşı xalq artisti Faiq Ağayev, əməkdar artistlər Tünzalə Ağayeva və Manana əyləşir.

Qeyd edək ki, Banu Şücai “Miss Globe İnternational” Beynəlxalq gözəllik müsabiqəsinin milli seçim turlarının qalibi olub. Daha sonra Banu Şücai müsabiqədən kənarlaşdırılmışdı.