Mirzə Babayev – 100

Mirzə Babayev – 100
1461 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün xalq artisti, Azərbaycan musiqisinin banilərindən olan, böyük sənətkar Mirzə Babayevin anadan olmasının 100 illik yubileyidir.

Axşam.az-ın məlumatına görə, Mirzə Babayev 1913-cü il iyul ayının 16-da Bakı şəhərində dünyaya gəlib. O, ilk təhsilini M. Əzizbəyov adına Sənaye İnstitutunun memarlıq fakültəsindən alıb. Mirzə Babayev Bakıda ("Nizami" muzeyi) və Azərbaycanın digər şəhərlərində olan bir çox binaların və muzeylərin layihə müəllifidir. Xalq artisti müğənnilik fəaliyyətinə 40-cı illərin əvvəlində, müharibədən qayıdan zaman – görkəmli bəstəkar Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrində başlayıb.

1948-ci ildə Azərbaycan Dövlət Konservatoriyasına, məşhur müğənni Bülbülün sinfinə daxil olub. Mirzə Babayev 30-dən artıq filmdə rol alıb. Uzun illər Azərbaycan Dövlət Filarmoniyasında çalışıb.

Azərbaycan Respublikasının əməkdar artisti, Azərbaycan Respublikasının xalq artisti, iki dəfə "Humay" mükafatı laureatı olub.

2003-ci il yanvarın 13-də, ömrünün 90-cı ilində vəfat edib.