Bu ilin dəbdə olacaq bijuteriyaları

Bu ilin dəbdə olacaq bijuteriyaları
11768 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu il bijuteriya aləmində də böyük dəyişikliklər olacaq. Bir-birindən gözəl, rəngli və fərqli bijuteriyalar ötən illərdə olduğu kimi bu il də xanımların diqqətindən yayınmayacaq.

Bu il ipdən və muncuqdan hazırlanan bijuteriyalar dəbdə olacaq. Rəngarəng iplərdən hazırlanan bilərziklər də xanımların diqqətini cəlb edəcək. Xüsusi ilə də gənc qızların sevərək taxdığı bu bilərziklər onlara əsrarəngiz görünüş verəcək.

Kənarlardan çıxan xırda muncuqlar isə bilərzikləri fərqli göstərəcək. 2013-cü ildə bijuteriyalar arasında ən çox mavi, çəhrayı və yaşıl rənglər dəbdə olacaq.

Həddindən artıq həcmli, uzun boyunbağılar isə xanımların görünüşünə fərqli rəng qatacaq. Bu cür boyunbağıları sinəsi dekoltəli olan geyim və ya tamamilə örtülü bir yaxalıq üzərində taxaraq diqqəti özünüzə cəlb edə bilərsiniz. Müxtəlif təbii daşlardan hazırlanan muncuqlar da bu il diqqət çəkəcək.

Siz də özünüzə və yaxınlarınıza bu cür bijuteriyalar hədiyyə etməklə onları sevindirə bilərsiniz.

Nigar Məhərrəm