Rasim Balayev istintaqa çağırıldı

Rasim Balayev istintaqa çağırıldı
1032 dəfə oxunub
  • A-
  • A
  • A+

Tanınmış dramaturq və rejissor Rüstəm İbrahimbəyovun rəhbərlik etdiyi Kinematoqrafçılar İttifaqına qarşı cinayət işi başlanıb.

Hazırda bununla bağlı Vergilər Nazirliyinin İstintaq İdarəsində araşdırmalar gedir.

Axşam.az xəbər verir ki, bu barədə “Azadlıq” qəzetinə daxil olan məlumatı İttifaqın katibi Rasim Balayev da təsdiqləyib. O bildirib ki, quruma qarşı təxminən 30 min manat vergidən yayınma ilə bağlı ittiham irəli sürülüb.
 
“Deyilənə görə, biz festival zamanı nəyəsə görə təxminən 30 min manat civarında pul ödəməliymişik. Biz də izah elədik ki, bundan xəbərsiz olmuşuq. Yazılı şəkildə bildirdik ki, ödəməkdən boyun qaçırmırıq, imkan olan kimi ödəyəcəyik”, - deyə Rasim Balayev bildirib.

Məlumata görə, İttifaqın əməkdaşları istintaqa dəvət olunaraq, dindirilir. Bu xəbəri də təsdiqləyən Rasim Balayev əlavə edib ki, onun özünü də istintaqa çağırıblar: “Amma hələ getməmişəm”.