Telmansız yubiley – 60

Telmansız yubiley – 60
1187 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti, teatr və kino sahəsinin unudulmaz siması Telman Adıgözəlovun 60 illik yubileyidir.

Axşam.az-ın məlumatına görə, o, 1953-cü il iyulun 17-də Balakən rayonunda anadan olub.

1975-ci ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsini bitirib. 1980-ci ildən Akademik Milli Dram Teatrında fəaliyyətə başlayan aktyor, teatr səhnəsində maraqlı obrazlar yaradıb. 

Bunlardan C. Məmmədquluzadə "Dəli yığıncağı" “Zəncirvuran”, İ.Əfəndiyev "Xurşidbanu Natəvan" Daşdəmir, "Mahnı dağlarda qaldı" Rəhman, Şekspir "Maqbet" Flins, M. İbrahimov "Közərən ocaqlar" Xanəhməd, H.Cavid "İblis" Şeypurçu, S.Vurğun "Vaqif" “Təlxək”, S.Rəhman "Nişanlı qız" “Çeşməkli kişi”, E.Baxış "Qədr gecəsi" “Oyunbaz”, Elçin "Ah Paris…Paris!.." Əhməd, "Mənim sevimli dəlim" “Professor”, R.Novruz "Hələ "sevirəm" deməmişdilər", “Qumarbaz” kimi tamaşalardakı obrazlarını göstərmək olar.

İstedadlı aktyor Dövlət televiziyasında hazırlanmış "Yaşıl eynəkli adam", "Ordan-burdan", "Qonşular", "Azərbaycanfilm" kinostudiyasında istehsal olunmuş "Nəsimi", "Üzü küləyə", "Xatirələr sahili" kimi filmlərdə xarakterik rollar oynayıb.

Telman Adıgözəlov 2000-ci ildə Azərbaycan Respublikasının əməkdar artisti və 2006-cı ildə xalq artisti fəxri adlarına layiq görülüb.

Telman Adıgözəlov 2010-cu il aprelin 15-də 57 yaşında ürək çatışmazlığından vəfat edib.

Allah rəhmət eləsin.