Vaqif Mustafayev 60 seriyalı film çəkir

Vaqif Mustafayev 60 seriyalı film çəkir
1930 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycanda 60 seriyalı “Tək olanda qorxma” filmi çəkilir.

Axşam.az-ın məlumatına görə, serial “Space” telekanalında yayımlanacaq.

Serialın mövzusu gözlənilmədən valideynlərini itirən uşağın başına gələn hadisələrdən, onun qohumları, həmyaşıdları və ətraf aləmlə münasibətlərindən bəhs edir.

Serial çəkilişləri İstanbul, Şamaxı və İsmayıllıda həyata keçirilib.

Layihənin ideya müəllifi və bədii rəhbəri tanınmış rejissor Vaqif Mustafayevdir. Filmin ssenari müəllifi Eyyub Qiyas, rejissorlar Nadir Diridağlı və Asif Rəhimov, operator isə Elçin Əliyev, baş prodüser Kamil Haqverdiyev, icraçı prodüser Arzu Qulamovdur.

Serialda çəkilirlər: Rüfət Məmmədov, Nailə İslamzadə, Levent Taşçı, Ayşad Məmmədov, Nuridə Əhmədova, Roza Zərgərli, Abbas Qəhrəmanov, Aydın Əliyev, Məhərrəm Əliyev, Kəmalə Hüseynova, Vidadi Həsənov.