Kənan M.M-dən iddialı açıqlama

Kənan M.M-dən iddialı açıqlama
2321 dəfə oxunub
  • A-
  • A
  • A+

Rejissor Kənan M.M serial sahəsində özünə rəqib tanımır.

Axşam.az saytına açıqlamasında Kənan bildirib ki, tamaşaçılar yerli seriallara qarşı çox paxıldırlar.

“Mənfi nəsə axtarmağa çalışırlar. Biri deyir ki, qızın koftası pisdi, makiyajı çoxdur... Mənim “Ləkə” serialım yarandığı gündən böyük səs doğurdu. Digərlərindən çox fərqlənir. Serial sahəsində özümə rəqib tanımıram. Kimsə məni rəqib görə bilər, amma mən yox.  Seriallarımızda səs musiqisi çox zəifdir. Dialoqlar yerində olmur.  Mənim üçün ən önəmlisi peşəkar aktyorlarla çalışmaqdır. Adi birisi ilə işləsəm, ürəyim dayanar. Amma bu gün aktyor qıtlığından əziyyət çəkirik” – deyə o bildirib.

Rejissorun sözlərinə görə, sentyabrda yeni layihə təqdim edəcək:

“Bəxtəvar qapı” adlanacaq bu layihə yarışma üslubundadır. Maraqla qarşılanacağına inanıram”.