Ramiz Əzizbəylinin 65 illiyi qeyd edildi

Ramiz Əzizbəylinin 65 illiyi qeyd edildi
1131 dəfə oxunub
  • A-
  • A
  • A+
"Azərbaycanfilm" Kinostudiyasında Ramiz Əzizbəylinin 65 illik yubileyi qeyd olunub.  

Axşam.az xəbər verir ki, kinostudiyadan Lent.az-a verilən məlumata görə, tədbirdə kinostudiyanın rəhbərliyi və sənət yoldaşları çıxış ediblər, onun sənətindən, gördüyü işlərdən söz açıblar və təbriklərini yetiriblər.
 
Qeyd edək ki, Ramiz Əzizbəyli 20 iyul 1948-ci ildə Bakıda doğulub. M.A. Əliyev adına ADİİ-nun mədəni-maarif fakültəsini bitirib. Kinostudiyada rejissor işləyir, xalq artistidir.