Azərbaycanlı model Kənan İmirzalıoğlu ilə görüşdü - fotolar

Azərbaycanlı model Kənan İmirzalıoğlu ilə görüşdü - fotolar
6909 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Solmaz Allahverdiyeva Azərbaycanı tərk edib.

Model.axşam.az-a danışan Solmaz bir müddətdir Türkiyədə yaşadığını bildirib. O deyib ki, qardaş ölkədə aktrisalıqla məşğul olmaq üçün çalışır:

"Azərbaycandan kənarda da tanınmaq istəyirəm. Bundan sonra aktrisa kimi fəaliyyət göstərməyi düşünürəm. Türkiyənin tanınmış aktrisası Ayla Alqandan dərs aldım. Peşəkar aktrisa olmaq hədəfim var. Burada bir çox tanınmış aktyorla görüşmüşəm. Artıq seriala çəkilmək təklifi də almışam. Hazırda türkcə şifahi nitqimi inkişaf etdirmək üçün dərslər alıram".

Solmazın sözlərinə görə, modellik sahəsiylə vidalaşmayıb, sadəcə bir müddətlik ara verib:

"Bu peşə artıq mənim üçün ikinci plana keçib".