Alim Qasımov şəxsi arxivini təhvil verdi

Alim Qasımov şəxsi arxivini təhvil verdi
778 dəfə oxunub
  • A-
  • A
  • A+
Salman Mümtaz adına Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə yeni sənədlər daxil olub.

Axşam.az-ın məlumatına görə, arxivin direktor müavini Könül Nəsibova "Report"a açıqlamasında deyib ki, 2015-ci ildə xalq yazıçısı Süleyman Rəhimovun, yazıçılar Vidadi Babanlının, Tofiq Məliklinin, görkəmli xanəndə, xalq artisti Alim Qasımovun, mərhum kaman ustadı, xalq artisti Habil Əliyevin şəxsi arxivi Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təhvil verilib.

K.Nəsibova qeyd edib ki, qiymətli sənədlər arasında Süleyman Rəhimovun "Şamo" romanının əlyazma variantı, digər əlyazmaları, fotoları, tərcümeyi-halı və şəxsi sənədləri də var:

"Moskvada yaşayan yazıçı-alim Tofiq Məliklinin şəxsi arxivi də 2015-ci ildə Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə təqdim edilib. Sənədlər arasında alimin rus, ingilis və türk dilində nəşr edilən kitabları, əlyazmaları, şəxsi fotoları var.

Direktor müavini bildirib ki, Dövlət Ədəbiyyat və İncəsənət Arxivinə Azərbaycanın görkəmli xanəndə və musiqiçilərinin də şəxsi arxivləri təqdim edilib: "Yeni ilin ilk günlərində görkəmli xanəndəmiz, xalq artisti Alim Qasımov şəxsi arxivini bizə təqdim edib. Qiymətli sənədlər arasında xanəndənin müxtəlif illərdə buraxılan diskləri, albomları, fəxri fərmanları, şəxsi fotoları və s. yer alıb.

Həmçinin mərhum kaman ustadımız Habil Əliyevin, xanəndə Baba Mahmudoğlunun şəxsi arxivini qorumaq şərəfi bizim üzərimizə düşüb. Yaxın günlərdə isə xalq şairi Nəriman Həsənzadə şəxsi arxivini bizə təqdim edəcək. Bizim arxivimiz əsasən əlyazmalara üstünlük verir. Arxivdə qorunan şəxsi şənədlər nadir əlyazmalardan ibarətdir".