Tanınmış bəstəkarın yubiley gecəsi tarixi və məkanı açıqlandı

Tanınmış bəstəkarın yubiley gecəsi tarixi və məkanı açıqlandı
738 dəfə oxunub
  • A-
  • A
  • A+
Fevralın 2-də dahi Üzeyir bəy Hacıbəylinin ev muzeyində görkəmli salnaməçi, jurnalist, tərcüməçi Ceyhun bəy Hacıbəylinin 125 yubileyi münasibətilə tədbir keçiriləcək.

Axşam.az "Report" a istinadən xəbər verir ki, Üzeyir bəy Hacıbəylinin Ev-muzeyinin direktoru, bəstəkar Sərdar Fərəcov məlumat verib. Ceyhun Hacıbəylinin 125 illik yubileyi münasibətilə təşkil ediləcək tədbirdə mədəniyyət və incəsənət xadimləri, elm adamları iştirak edəcək.

Tədbirdə Ceyhun bəyin keçdiyi ömür yolundan bəhs ediləcək.

Xatırladaq ki, Ceyhun Hacıbəyli 1891-ci il fevralın 3-də Şuşada Hacıbəylilər ailəsində dünyaya gəlib. Ceyhun bəy mühacirətdən əvvəl "Kaspi", "Proqres", "Bakı", "Azərbaycan" və başqa qəzetlərdə yüzlərlə publisistik məqalə, hekayə dərc etdirib. Həmin dövrdə "İttihat" və "Azərbaycan" (rus dilində) qəzetlərinin redaktoru olub.

Ceyhun bəy Fransada yaşayarkən "La Revul du Mond Müsulman", "La Fiqaro" kimi mətbu orqanlarla əməkdaşlıq edib, "La Revul des Deux Mende" adlı jurnallarda çalışıb, Parisdə fransız dilində nəşr olunan "Qafqaz" və Münhendə Azərbaycan dilində çıxan "Azərbaycan" jurnalının redaktoru olub. "Azadlıq" radiostansiyasının yaradıcılarından sayılan Ceyhun Hacıbəyli Münhendəki "SSRİ-ni Öyrənən Universitetin" müxbir üzvü seçilib.

Ceyhun Hacıbəyli dahi Üzeyir bəyin qardaşıdır. Ceyhun bəy Hacıbəyli 1962-ci ildə dünyasını dəyişib. Parisdə dəfn olunub.