Filarmoniyanın fevral repertuarı

Filarmoniyanın fevral  repertuarı
437 dəfə oxunub
  • A-
  • A
  • A+

Axşam.az Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasının fevral ayı üçün tədbirlər planı təqdim edir.

2 fevral - “Gəncliyin səsi” festivalı çərçivəsində Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının tələbələrdən ibarət simfonik orkestrinin, “Baku Sinfonietta” orkestri və gənc Prezident təqaüdçülərinin konserti, Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının tələbələrinin əsərlərindən ibarət sərgi;

2 fevral - F.Əmirov adına Əməkdar Kollektiv, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının Azərbaycan Gəncləri Gününə həsr olunmuş “Gənclər bizim sabahımızdır” adlı konserti;

5 fevral - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dahi bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunmuş konserti;

6 fevral - Q.Qarayev adına Azərbaycan Dövlət Kamera Orkestrinin dahi bəstəkar Qara Qarayevin xatirəsinə həsr olunmuş konserti;

12 fevral - Azərbaycan Dövlət Rəqs Ansamblının konserti;

13 fevral - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin müğənni, pianoçu, Xalq Artisti Rauf Atakişiyevin 90 illiyinə həsr olunan konserti;

19 fevral - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti;

24 fevral - Azərbaycan Dövlət Xor Kapellasının konserti;

25 fevral - Ü.Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin konserti;

26 fevral - Xocalı soyqırımına həsr olunan anım mərasimi.

Konsert və tədbirlər saat 19:00-da başlanır.