“Gənclər bizim sabahımızdır”

“Gənclər bizim sabahımızdır”
497 dəfə oxunub
  • A-
  • A
  • A+

Müslüm Maqomayev adına Azərbaycan Dövlət Filarmoniyasında “Gənclər bizim sabahımızdır” adlı konsert təşkil olunub.

Axşam.az xəbər verir ki, gənclər gününə həsr olunan tədbirdə F.Əmirov adına əməkdar kollektiv Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblı konsert proqramı ilə çıxış edib.

Xalq Artisti Ağaverdi Paşayevin bədii rəhbərliyi ilə baş tutan konsertdə bir sıra gənc ifaçıların repertuarında bəstəkar və xalq mahnıları səsləndirilib.

Konsert proqramı 2 fevral - Azərbaycan Gəncləri Günü münasibətilə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən ənənəvi olaraq keçirilən “Gəncliyin səsi” adlı festival çərçivəsində reallaşıb. (AzərTac)