Rafael Dadaşovun yubileyi keçiriləcək

Rafael Dadaşovun yubileyi keçiriləcək
2164 dəfə oxunub
  • A-
  • A
  • A+

Xalq artisti Rafael Dadaşovun bu il  70  yaşı tamam olur.

Axşam.az-ın məlumatına görə, aktyor yubileyi münasibətilə və teatr və kino sahəsində uzunmüddətli, səmərəli fəaliyyətinə görə Mədəniyyət və Turizm Nazirliyi tərəfindən mükafatlandırılıb.

Ömrünün 40 ildən artıq dövrünü sənətə həsr edən R. Dadaşov bir çox filmlərdə və teletamaşalarda rol alıb.

Mədəniyyət və Turizm Nazirliyinin müvafiq əmrinə əsasən, bu ay Milli Dram Teatrında aktyorun 70 illiyi qeyd ediləcək. Yubiley münasibətilə Rafael Dadaşovun iştirakıyla N.Qoqolun “Müfəttiş” əsərinin tamaşası nümayiş olunacaq.