"Arşın mal alan" 70 yaşında

"Arşın mal alan" 70 yaşında
771 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiya Kinematoqrafçılar İttifaqının Moskvadakı Kino Evində dahi Üzeyir Hacıbəylinin ölməz əsəri əsasında çəkilmiş “Arşın mal alan” filminin 70 illiyi münasibətilə təntənəli gecə keçirilib.

Axşam.az-ın məlumatına görə, gecədə Rusiya Kinoşünaslar və Kino Tənqidçiləri Gildiyasının prezidenti Kirill Razloqov Rusiya və Azərbaycan kino ustalarının əməkdaşlığından söhbət açıb, kino sənətimizin incisi sayılan “Arşın mal alan” filminin dünya kinosunda xüsusi yerini vurğulayıb.

Filologiya elmləri doktoru, professor Abuzər Bağırov iştirakçılara Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı barədə ətraflı məlumat verib.

Daha sonra “Arşın mal alan” operettasının 1945-ci ildə görkəmli sənətçilər Rəşid Behbudov, Leyla Bədirbəyli, Lütfəli Abdullayev, Münəvvər Kələntərli və başqalarının iştirakı ilə çəkilmiş kino versiyası tamaşaçılara təqdim olunub. (AzərTac)