ABŞ-da Firəngiz Əlizadənin əsərinin premyerası keçirilib

ABŞ-da Firəngiz Əlizadənin əsərinin premyerası keçirilib
493 dəfə oxunub
  • A-
  • A
  • A+
ABŞ-ın San-Fransisko şəhərində Kronos Festivalı çərçivəsində Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycanın xalq artisti Firəngiz Əlizadənin "Rəqs" əsərinin premyerası keçirilib.

Axşam.az "Report"a istinadən xəbər verir ki, Azərbaycanın Los-Ancelesdəki baş konsulluqdan verilən məlumata görə, 500-dən çox tamaşaçının iştirak etdiyi konsert məşhur San-Fransisko Caz Mərkəzində baş tutub.

Baş Konsulluğun əməkdaşı Ramin Əliyev konsertdə iştirak edərək, Azərbaycan musiqisinə və mədəniyyətinə göstərdikləri yüksək diqqətə görə musiqiçilərə və tədbirin təşkilatçılarınadərin təşəkkürünü bildirib.