"Atv"nin canlı yayımında qalmaqal düşdü

"Atv"nin canlı yayımında qalmaqal düşdü
6697 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Cavanşir Məmmədov "ATV" kanalında yayımlanan “Umid var” verilişində 17 illik duet ortağı Firuzə İbadovayla gərgin anlar yaşayıb.

Axşam.az-ın məlumatına görə, Cavanşir Məmmədov 17 illik duetin bitmə səbəbini belə izah edib:

“ATV”nin yeni il çəkilişində biz duet oxumalıydıq. Mən bir az gecikdim. Gəldim ki, Firuzə xanım oxuyur, mən də əsəbiləşdim. Həm son vaxtlar Firuzə xanımı gəlir qane etmir. Mənə deyir ki, 400-500 manat mənə bəs deyil. Mən toya üç min manata gedirəm, onun 13-15 faizini Firuzə xanıma verirəm. Hansı konsertə getmişəmsə, Firuzəni qabağa çəkmişəm. O isə getdiyi heç bir yerə məni aparmayıb”.

Duet ortaqları canlı yayımda qarşılıqlı ittihamlarla bir-birini günahlandırıb. Firuzə İbadova isə Cavanşir Məmmədovu yalan danışmaqla suçlayıb.