Uşaqlar üçün konsert keçiriləcək

Uşaqlar üçün konsert keçiriləcək
582 dəfə oxunub
  • A-
  • A
  • A+

Fevralın 21-də Heydər Əliyev Sarayında “Hər biriniz bir çiçək” adlı uşaqlar üçün konsert proqramı təşkil ediləcək.

Sarayın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, musiqili-əyləncəli konsert proqramında uşaqları “Aysel”, “Zirvə”, “İstedad”, “Azəri inciləri” və “Renessans” kollektivlərinin iştirakı ilə rəngarəng rəqslər, çıxışlar gözləyir.

Konsertin biletlərini şəhərin kassalarından əldə etmək olar.