İki tamaşa nümayişə hazırlanır

İki tamaşa nümayişə hazırlanır
423 dəfə oxunub
  • A-
  • A
  • A+

Mingəçevir Dövlət Dram Teatrında tanınmış rus yazıçısı H.V.Qoqolun “Müfəttiş” əsəri nümayişə hazırlanır. Əsərə teatrın baş rejissoru Xəzər Gəncəli quruluş verib.

Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a bildirilib ki, müəllif bu əsərdəki qəsəbəni ruhumuzun qaranlıq şəhəri kimi təsvir edir.

Tamaşada teatrın sevilən aktyorları, əməkdar artistlər Akif Mirabov, Ella Yaqubova, Şıxı Yaqubov, aktyorlar Aydın Quliyev, Elmira İbrahimova, Fəridə Məmmədova və başqaları rol alıblar. Səhnə əsərinin aprelin sonlarına təhvil verilməsi planlaşdırılır.

Mingəçevir Teatrında uşaqlar üçün də yeni tamaşa – “İncəbel və Div” nümayişə hazırlanır. Tamaşada rol alan aktyorlar gənclərdir. Səhnə əsərində, həmçinin “İnam” studiyasının tələbələri də rol alıblar.

Martın əvvəllərində balaca tamaşaçıların ixtiyarına veriləcək tamaşanın quruluşçu rejissoru Xalq Artisti Ağaxan Salmanlıdır.