Sevgililər günündə bu tamaşa nümayiş olunacaq

Sevgililər günündə bu tamaşa nümayiş olunacaq
896 dəfə oxunub
  • A-
  • A
  • A+

Bakı Uşaq Teatrının kollektivi fevralın 14-də gənclər üçün tamaşa təqdim edəcək.

Teatrın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, Elçin Hüseynbəylinin eyniadlı əsəri əsasında, yeni quruluşda iki nəfərlik “Oyun” adlı tamaşa teatrın yerləşdiyi ünvanda - Qaraçuxur qəsəbəsi Q.Abbasov adına mədəniyyət sarayında nümayiş olunacaq.

Melodram janrında olan səhnə əsərində ailədaxili problemlər, qadın-kişi münasibətləri, maddi və mənəvi problemlər önə çəkilib. Bütün bu problemlərin fonunda bir sevgi hekayəsi öz əkini tapıb.

Rejissoru Könül Şahbazova olan tamaşada rolları Könül Şahbazova və Niyaz Qasımov oynayıb.