Miranda Kerr 25 yaşlı milyarder sevgilisi ilə - fotolar

Miranda Kerr 25 yaşlı milyarder sevgilisi ilə - fotolar
5252 dəfə oxunub
  • A-
  • A
  • A+
32 yaşlı model Miranda Kerr 25 yaşlı milyarder sevgilisi Evan Şpiqellə “Qremmi” mükafatlandırma mərasimindən sonra təşkil edilən partiyə gedərkən görüntülənib.
 
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, ötən ilin iyulundan münasibətə başlayan cütlük ilk dəfə əyləncə zamanı kameralara tuş gəlib. Mirandanın əlini buraxmayan Evan mini don geyinən sevgilisini paparassilərdən qorumağa çalışıb.

Qeyd edək ki, 25 yaşlı milyarder “Snapchat” mobil əlavəsinin istehsalçısı kimi “Forbes”in “Dünyanın ən gənc milyarderi” siyahısındadır. Evan ilk milyardını isə 23 yaşı olanda qazanıb.

Miranda Kerr daha əvvəl aktyor Orlando Blumla ailəli olub. Cütlüyün Flinn adlı bir oğlu var.