"Dəcəl çəpişlər" 65-ci dəfə nümayiş olunacaq

"Dəcəl çəpişlər" 65-ci dəfə nümayiş olunacaq
559 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Musiqili Teatrında müəllifləri O.Zülfüqarov və R.Heydər olan “Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşası 65-ci dəfə nümayiş olunacaq.

Qurumun mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, balaca tamaşaçıların hər zaman böyük diqqət və maraqla izlədiyi tamaşanın nümayişi fevralın 20-də baş tutacaq.

“Dəcəl çəpişlər” iki hissəli musiqili nağıl-tamaşası Azərbaycanın əbədiyaşar sənətkarlarından biri olan Mikayıl Müşfiqin məşhur “Şəngülüm, Şüngülüm, Məngülüm” əsərinin motivləri əsasında hazırlanıb. Bir sıra yeni obrazların, qəhrəmanların əlavə olunduğu səhnə əsərinin yaradıcı heyəti əsasən gənclərdən ibarətdir. Premyerasından bəri bütün seansları demək olar ki, anşlaqla keçən tamaşa hər dəfə uşaqların böyük marağına səbəb olur.

Qeyd edək ki, tamaşanın quruluşçu rejissoru Əhəd Hacıyev, quruluşçu baletmeysterləri Leyla və Zakir Ağayevlərdir. Tamaşada rolları Güldanə Əzimova, Elçin İmanov, Gülnarə Abdullayeva, Şaban Cəfərov, Mehriban Zalıyeva, Əmrah Dadaşov, Fərid Rzayev və başqaları ifa edirlər.

Xatırladaq ki, bu səhnə əsərinin premyerası 2015-ci il mayın 16-da keçirilib.