"Qızılgülün adı"nın müəllifi dünyasını dəyişdi

"Qızılgülün adı"nın müəllifi dünyasını dəyişdi
1045 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən italyan yazıçı və filosofu Umberto Eko vəfat edib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, 84 yaşında öz evində dünyasını dəyişən yazıçının ölümü haqda qohumları xəbər verib. Son illər xərçəng xəstəliyi ilə mübarizə aparan yazıçının ölümü haqda digər detallar hələ ki bəlli deyil.

Qeyd edək ki, "Qızılgülün adı" romanıyla dünya şöhrəti qazanan Umberto Eko 1962-ci ildən etibarən alman əsilli incəsənət müəlliməsi Renata Ramqe ilə ailəli olub. Bir qızı və oğlu var.