Dörd dəfə nişanlanıb, amma... - fotolar

Dörd dəfə nişanlanıb, amma... - fotolar
6888 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa və model Kelli Bruk növbəti dəfə nişanlanıb.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, həmkarı Ceremi Parisi ilə nişanlandığını sosial mediadan xəbər verən Kelli paylaşdığı foto ilə gündəmə gəlib. Fotoda "evlənmədən də xoşbəxt olmaq"dan bəhs edildiyi üçün insanlar nişanlanmağı "Kelli üçün hobbi" adlandırıblar.

36 yaşlı gözəl hazırda sevgilisinin Parisdəki evində yaşayır.



K.Bruk bundan əvvəl dörd dəfə nişanlanıb. 18 yaşında olan aktyor Ceyson Stethemlə nişanlanıb. Bruk sevgisinə görə uzun müddət Los-Ancelesdə yaşayıb. Amma evlilik təklifi alan aktrisa Stethemlə münasibətlərini gözlənilmədən bitirib.



Karyerasının ilk illərində o, aktyor Billi Zeynlə də nişanlanlb. Amma cütlükdən ayrılıq xəbəri tez gəlib.



Daha sonra tez-tez küsüb barışdığı Deni Kipriani ilə sevgi yaşayan Kelli sevgilisinin onun aldatdığını öyrənincə ayrılıb. Təkrar bir araya gəlsələr də, münasibətləri davam etməyib. Bruk onunla nişanlanmayıb.



Daha sonra Thorn Evansla birlikdə olan Kelli ondan evlənmə təklifi alıb və nişanlanıb. Evansdan hamilə qalan modelin uşağı dünyaya gəlmədən tələf olub. Cütlük ondan sonra ayrılıb.