Fələstinli model Cici Hadid “Sports İllustrated” jurnalına etdirdiyi açıq-saçıq fotosessiyasından danışıb.
Axşam.az xarici mətbuata istinadən xəbər verir ki, model sonuncu şəkillərinin təkcə fanatlarının deyil, sevgilisi Zeyn Malikin də çox xoşuna gəldiyini deyib. Cici Zeynin ən çox ağ çimərlik geyimindəki şəklini bəyəndiyini deyib:
“Ağ bikinidəki şəklim Zeynin daha çox xoşuna gəlir. Nədənsə o şəkli mən də çox bəyənirəm”.
Qeyd edək ki, Zeyn Malik “One Direction” qrupunun keçmiş üzvüdür.