TRT Nargin adası haqda filmin ardını çəkir

TRT Nargin adası haqda filmin ardını çəkir
712 dəfə oxunub
  • A-
  • A
  • A+
TRT “Bilinməyən tarix: Nargin adası əsarəti” filminin çəkilişlərini davam etdirəcək.
 
TRT-nin Bakı təmsilçiliyindən Axşam.az-a verilən məlumata görə, sənədli filmin ikinci bölümünün çəkilişlərinə sabahdan başlanılacaq.
 
Sənədli filmin çəkilişləri Bakı, Nargin adası və Gəncədə aparılacaq. TRT-nin Bakı təmsilçiliyinin rəhbəri Yıldıray Arslanın bildirdiyinə görə, çəkilişlər fevralın 29-dək davam edəcək.
 
Xatırladaq ki, çəkiliş qrupu keçən ilin iyul ayında Azərbaycana ilk səfərini reallaşdırıb. Film I Dünya müharibəsində rus ordusu tərəfindən əsir götürülən, Nargin adasında saxlanılan Osmanlı əsgərlərindən və bu əsirlərə kömək əlini uzadan azərbaycanlılardan bəhs edəcək.