Milli Teatr günü qeyd olunacaq

Milli Teatr günü qeyd olunacaq
507 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında martın 10-da Milli Teatr gününə həsr olunmuş tədbir keçiriləcək.

Axşam.az-ın məlumatına görə, teatrın aktyorları və ictimaiyyət nümayəndələrinin iştirakı ilə həyata keçiriləcək tədbirdə 143 yaşlı Azərbaycan Milli Teatrı haqqında çıxışlar olacaq.

Çıxışlardan sonra dahi dramaturq Mirzə Fətəli Axundzadənin “Sərgüzəşti vəziri xani Lənkəran” komediyası əsasında hazırlanmış eyniadlı tamaşa nümayiş etdiriləcək.

Quruluşçu rejissoru xalq artisti Cənnət Səlimova olan səhnə əsərinin musiqi tərtibatı xalq artisti Cavanşir Cəfərova, rəqslərin quruluşu Zakir və Leyla Ağayevlərə məxsusdur.

Tamaşada rolları əməkdar artistlər Lətifə Əliyeva, Gülər Nəbiyeva, Leyli Vəliyeva, Nofəl Vəliyev, Şövqi Hüseynov, aktyorlar İradə Rəşidova, Şəbnəm Hüseynova, Zülfiyyə Alhüseynova, Elnur Kərimov, Aydın Dəmirov, Kərəm Hadı-zadə, Vüsal Mehrəliyev, Eşqin Quliyev ifa edəcəklər.