“Gepardlar adası”na əfsanəvi səyahət

“Gepardlar adası”na əfsanəvi səyahət
605 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 18-də Bakı Dövlət Sirkində “Gepardlar adası” adlı yeni sirk proqramı təqdim ediləcək.

Mədəniyyət və Turizm Nazirliyindən Axşam.az-a bildirilib ki, Böyük Moskva Sirkindən dəvət olunmuş proqrama bütün dünya sirklərində yeganə olan “Bəbirlər attraksionu” da daxil edilib. Bundan başqa, iki saat davam edəcək unikal proqramda tamaşaçılar “Kenqurunun məhəbbəti”, möhtəşəm illüziya şousu, əhliləşdirilmiş heyvanlar, “Hava şarında gəzinti”, “Sehrli kubiklər”, həlqələrlə rəqs, hava nömrələri, korde-balet, akrobat klounların maraqlı nömrələrini izləyə biləcəklər. Proqram gündə 2-3 tamaşa olmaqla bayram və istirahət günləri fasiləsiz nümayiş etdiriləcək və mart ayının sonuna kimi şəhərimizdə olacaq.

Qeyd edək ki, artıq bilet satışı başlayıb. Biletləri sirkin kassalarından almaq olar.