Yaponiya və Türkiyənin müştərək istehsalı olan film Bakıda

Yaponiya və Türkiyənin müştərək istehsalı olan film Bakıda
837 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 2-də Nizami Kino Mərkəzində Yaponiya və Türkiyənin müştərək istehsalı olan “Ertuğrul 1890” filminin təqdimatı olacaq.

Axşam.az xəbər verir ki, 2015-ci ildə tarixi dram janrda çəkilən filmin təqdimat mərasimində Yaponiya və Türkiyənin ölkəmizdəki səfirliklərinin nümayəndələri də iştirak edəcək.

Rejissoru Mitsutoshi Tanaka olan filmdə Kenan Ece, Shioli Kutsuna, Seiyo Uchino, Alican Yücesoy, Uğur Polat, Mehmet Özgür, Tamer Levent, Melis Babadağ, Murat Serezli, Deniz Oral, Naoto Takenaka, Hakkı Haluk Cömert rol alıb.

Yaponiya və Türkiyənin əlaqələrinə möhür vuran və iki ölkə arasında dostluğun möhkəmlənməsində böyük rol oynayan iki gerçək tarixi hadisə filmin mövzusunu təşkil edir. Belə ki, filmdə 1890-cı ildə yapon sularında batan Osmanlı savaş gəmisi “Ertuğrul”un qəmli hekayəsi və yaponların gəmi heyətini qurtarmaq səyləri, eyni zamanda 1985-ci ildə Səddam Hüseynin təhdidi ilə Tehranda çarəsiz qalan 215 yapon vətəndaşının Turqut Özalın təlimatı nəticəsində Türk Hava Yolları tərəfindən İran-İraq müharibəsindən qurtarılmasından bəhs edilir.