Tanınmış azərbaycanlı rejissor vəfat etdi

Tanınmış azərbaycanlı rejissor vəfat etdi
1842 dəfə oxunub
  • A-
  • A
  • A+

Azərbaycan mədəniyyətinə ağır itki üz verib.

Axşam.az-ın Musavat.com-a istinadən məlumatına görə, tanınmış rejissor Ələkbər Muradov 65 yaşında dünyasını dəyişib. Bu barədə onun dostları sosial şəbəkədə məlumat veriblər.

Ələkbər Yunus oğlu Muradov 1 avqust 1948-ci ildə Bakıda anadan olub. Azərbaycan Neft-Kimya İnstitutunda (1966-1971), Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunun kinooperatorluq fakültəsində təhsil alıb (1973-1978). "Azərbaycanfilm" kinostudiyasında, AzTV-nin "Ekran" Yaradıcılıq Birliyində çalışıb. Son vaxtlar Lider TV-də işləyib. Əməkdar incəsənət xadimidir.

Ələkbər Muradov "Güllələnmə təxirə salınır", "Qərib cinlər diyarında", "Qorxma, mən səninləyəm",  "Mən mahnı qoşuram" məşhur filmlərinin, eləcə də, onlarla digər ekran əsərinin rejissoru olub.

Mərhumun oğlu Murad Muradov da rejissordur.

Allah rəhmət eləsin!