Tünzalə Ağayeva: “Bir dünya istəyirəm”

Tünzalə Ağayeva: “Bir dünya istəyirəm”
1819 dəfə oxunub
  • A-
  • A
  • A+

Bu gün “Avrasiya Beynəlxalq Araşdırmalar İnstitutu” İB-nin dəstəyi və təşkilatçılığı ilə sözləri millət vəkili Qənirə Paşayevaya, musiqisi Əməkdar artist Tünzalə Ağayevaya aid olan “Bir dünya istəyirəm” adlı  mahnının və klipin təqdimatı keçirilib.

Axşam.az-ın məlumatına görə, klipin rejissoru Ülviyyə Könül, modelyer-stilisti isə Gülnarə Xəlilovadı.

Tədbiri giriş sözü ilə açan Tünzalə Ağayeva mahnının ərsəyə gəlməsinə görə, millət vəkili Qənirə Paşayevaya, rejissor Ülviyyə Könülə təşəkkürünü bildirərək klip və mahnı haqda fikirlərini jurnalistlərlə bölüşüb: “Bu mahnı insan övladının savaşa, müharibəyə, şiddətə qarşı nifrətini özündə əks etdirir. Övladlarımız şiddətin, dəhşətin, qətliamların olmadığı bir dünyanı görmək istəyir”.

Daha sonra çıxış edən millət vəkili Qənirə Paşayeva dünyada baş verən hadisələrin gələcəyimiz üçün böyük təhlükə olması haqda danışıb:

“Savaş, ziddiyyət, nifrət, ailədaxili münaqişələr, qadına qarşı şiddət günü-gündən artmaqdadı. Hər gün təbiətdə yeni fəlakətlər baş verir. Köçkünlərin sayı günü-gündən artmaqdadı. Bu cür hadisələrdən ən çox zərər çəkən körpələrdi. Biz körpələrin dili ilə Rəbbimizdən dualarımızın qəbul edilməsini istəyirik. İnanırıq ki, Allah-təala bizim bu mahnıdakı dualarımızı qəbul edər”.

Rejissor Ülviyyə Könül klipin ərsəyə gəlməsi və sujet xətti haqda danışıb: “Klipi çəkməzdən öncə 5-6 saatlıq müxtəlif videoları izlədim. Bütün dəhşətləri 4 dəqiqəlik klipdə əks etdirmək çətindi. Mən ən təsirli kadrları seçdim. Klipdə istifadə edilən kadrlarda Xocalı soyqrımı və  20 Yanvar faciəsi günü baş verən dəhşətlər, erməni soyqrımı nəticəsində el-obasını itirən qaçqınlar, Somali və Sudanda məskunlaşan qaçqınlar  görüntülənib.