Almaz Ələsgərli teatrda baş rolda - "Amerikalı kürəkən"

Almaz Ələsgərli teatrda baş rolda - "Amerikalı kürəkən"
2550 dəfə oxunub
  • A-
  • A
  • A+
Əməkdar artist, müğənni Almaz Ələsgərli Azərbaycan Dövlət Musiqili Teatrının səhnəsində çıxış edəcək.
Axşam.az xəbər verir ki, bu barədə "Report"a tamaşanın rejissoru, xalq artisti İlham Namiq Kamal məlumat verib.

O bildirib ki, müğənni "Amerikalı kürəkən" tamaşasında baş rolu ifa edəcək:

"Teatrda Ramiz Mirişli və Marat Haqverdiyevin "Amerikalı kürəkən" musiqili komediyası hazırlanır. Tamaşada Tünzalə rolunu əməkdar artist Almaz Ələsgərli ifa edəcək. Artıq məşqlər aparılır. Tamaşanın premyerası apreldə olmalıdır. Almaz Ələsgərli İncəsənət Universitetinin Musiqili Komediya fakultəsini bitirib və uzun illər əvvəl Musiqili Komediya Teatrında aktrisa kimi çalışıb. "Nəğməli Könül" adlı tamaşada baş rolu ifa edib. Ona görə də, yenidən Almaz xanımı aktrisalıq fəaliyyətinə qaytarmaq istədik."