Georgiy Sviridovun 100 illiyinə həsr olunmuş konsert

Georgiy Sviridovun 100 illiyinə həsr olunmuş konsert
271 dəfə oxunub
  • A-
  • A
  • A+

Martın 3-də Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasında görkəmli rus və sovet bəstəkarı Georgiy Sviridovun 100 illik yubileyinə həsr edilmiş konsert keçiriləcək.

Akademiyanın mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, konsert proqramında bəstəkarın kamera və vokal əsərləri səsləndiriləcək.

Konsertdə Əməkdar artistləri Səbilə Əsədova (messo-soprano), Anton Ferştand (bariton), Adil Axundov (tenor) Yuliya Heydərova (soprano), Ülviyyə Novruzova (soprano) və layihənin musiqi üzrə rəhbəri, BMA-nın baş müəllimi Yuliya Kərimova (fortepiano) iştirak edəcək.