Firəngiz Mütəllimovanın səhhətində problem yarandı

Firəngiz Mütəllimovanın səhhətində problem yarandı
1855 dəfə oxunub
  • A-
  • A
  • A+

“Xalq artisti Yaşar Nurinin ölümü, qardaşımın əməliyyat olunması Firəngiz xanımın səhhətinə çox pis təsir etdi”.

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Firəngiz Mütəllimovanın bacısı Nərgiz Mütəllimova söyləyib.

Onun sözlərinə görə, aktrisanın beyin damarlarında problem yaranıb: “Hazırda ev şəraitində müalicə olunur. Təxminən on gündən sonra fəaliyyətini davam etdirə biləcək. Səhhəti düzəldikdən sonra “Bacanaqlar” serialında çəkilişlərini davam etdirəcək".