"Eurovision"un püşkü atıldı: İkinci yarımfinaldayıq

"Eurovision"un püşkü atıldı: İkinci yarımfinaldayıq
821 dəfə oxunub
  • A-
  • A
  • A+
İsveçin ev sahibliyi edəcəyi “Eurovision-2013” Mahnı Müsabiqəsi ilə bağlı püşkatma mərasimi keçirilib.

Lent.az-ın məlumatına görə, püşkatmadan öncə müsabiqənin şərtlərinə uyğun olaraq ötən il müsabiqənin keçirildiyi şəhərin meri olaraq Bakı şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov müsabiqənin rəmzi açarını Malmö şəhərinin merinə təhvil verib. Püşkatma mərasimində mayın 14-də və 16-da keçiriləcək yarımfinal mərhələlərində çıxış edəcək 39 ölkənin çıxış ardıcıllığı məlum olub.
 
Mayın 14-də keçiriləcək I yarımfinalda çıxış edəcək ölkələrin ardıcıllığı:
birinci hissə:
 
Danimarka
Xorvatiya
Ukrayna
Niderland
Avstriya
Sloveniya
Estoniya
Rusiya
 
ikinci hissə:
 
Latviya
Serbiya
İrlandiya
Belarus
Kipr
Monteneqro
Belçika
Moldova
 
Mayın 16-da keçiriləcək II yarımfinalda çıxış edəcək ölkələrin çıxış ardıcıllığı isə belədir:
birinci hissə:
 
Latviya
Azərbaycan
Malta
İslandiya
San-Marino
Makedoniya
Finlandiya
Bolqarıstan
 
ikinci hissə:
 
İsrail
Norveç
Albaniya
Macarıstan
İsveçrə
Gürcüstan
Yunanıstan
Ermənistan
Rumıniya.
 
Mayın 18-də müsabiqənin final gecəsində çıxış edəcək böyük beşliyi və qalib ölkənin isə səsverməsi bu cür olacaq:   Böyük Britaniya, İsveç, İtaliya birinci yarımfinalda, Fransa, Almaniya, İspaniya ikinci yarımfinalda səs verə bilər. Finala keçən ölkələrin finalda çıxış nömrəsi yarımfinaldan sonra keçiriləcək püşkatma mərasimində məlum olacaq.